Abdullayev Qasım İbrahim oğlu (1873, Şuşa
– 1927, Şuşa) – xanəndə.
Qarabağ muğam ifaçılığı məktəbinin
tanınmış nümayəndəsi. “Zabul-Segah”
muğamının bənzərsiz ifaçısı
olmuş və xalq arasında “Zabul Qasım” adı
ilə məşhurlaşmışdır. Şuşada
və Bakıda muğam məclislərində və
“Şərq konsertləri”ndə çıxış
etmişdir. Şuşada tamaşaya qoyulmuş Üzeyir
Hacıbəyovun “Leyli və Məcnun” operasında
Məcnunun atası rolunu məharətələ ifa
etmişdir.
1914 ildə “Sport-Rekord” səsyazma şirkətinin
dəvətilə Tiflis şəhərində Qasım
Abdullayevin ifasında “Zabul-Segah”, “Bayatı-Şiraz”,
“Hümayun”, “Şur”, “Mahur-Hindi” muğamları və
təsniflər qrammofon vallarına yazılmışdır.
Qasım Abdullayev ifaçılıqla yanaşı,
müəllimliklə də məşğul olmuş,
Şuşada musiqi məktəbində muğamatdan
dərs demiş və xanəndələr nəsli
yetişdirmişdir