Açar
- Hər bir not sətrinin əvvəlində qoyulan şərti
işarədir.
Açar not sətrində yazılan müəyyən
bir notun yüksəkliyini və adını təyin
edir. Bununla da həmin not sətrində yerləşən
digər notların yazılması və oxunması
üçün yol açılır.
Not yazısında açar üçün oriyentir olaraq
üç səsdən istifadə olunur:
1. kiçik oktavanın fa səsi – Bas açarı;
o cümlədən, Fa sisteminə aid olan açarlar bunlardır:
basprofund açarı, bariton açarı.
2. birinci oktavanın sol səsi – Skripka açarı (və
yaxud kaman açarı); o cümlədən, Sol sisteminə
aid olan açar – qədim fransız açarı.
3. birinci oktavanın do səsi – Alt açarı; o cümlədən,
Do sisteminə aid olan açarlar - Soprano açarı, Messo-soprano açarı, Tenor açarı, Bariton açarı.
