Axundova Şəfiqə Qulam qızı (21.01.1924, Şəki)

– bəstəkar, əməkdar incəsənət xadimi (1973), xalq artisti (1998). ADK-nı bitirmişdir (A.Zeydmanın sinfi). Üzeyir Hacıbəyovun tələbəsi olmuşdur. Ş.Axundova “Ev bizim, sirr bizim” (1965) operettasının, çoxsaylı mahnı və romansların müəllifi olmaqla yanaşı, “Gəlin qayası” operasını (1972, ilk tamaşası 1974) bəstələmişdir. Bu operada Ü.Hacıbəyovun muğam operaları ənənələri davam etdirilmişdir.