Azərbaycan Dövlət Filarmoniyasi, Müslüm Maqomayev adına

– Azərbaycanın ən iri konsert təşkilatlarından biri. 1936-cı ildə Üzeyir Hacıbəyovun rəhbərliyi ilə yaradılmışdır. ADF-da Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (1938), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri (1938), Q.Qarayev adına Kamera Orkestri (1964), Azərbaycan Dövlət Xor Kapellası (1966), Azərbaycan Xalq Çalğı Alətləri Orkestri (2000) fəaliyyət göstərir.

Azərbaycanın bir çox muğam ustadları ADF-nın solistidir. ADF-da mütəmadi olaraq, muğam konsertləri keçirilir. Hal-hazırda Azərbaycan Dövlət Filarmoniyasına əməkdar artist Murad Adıgözəlzadə rəhbərlik edir.