Azərbaycan Dövlət Simfonik Orkestri, Üzeyir Hacibəyov adina

– respublikanın ən böyük musiqi kollektivlərindən biri. 1938 ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdində yaradılmışdır. 1944 ildə orkestrə Üzeyir Hacıbəyovun adı verilmişdir. Uzun illər orkestrin bədii rəhbəri və baş dirijoru Niyazi olmuşdur. Azərbaycan bəstəkarlarının simfonik musiqisinin yüksək professionallıqla təbliğində orkestrin böyük xidmətləri vardır.

Müxtəlif illərdə Bakıya qastrola gəlmiş bir çox görkəmli dirijorlar – N.Raxlin, A.Qauk, L.Ginzburq, A.Staseviç, K.Eliasberq, M.Rostropoviç və başqa dirijorlar orkestrlə işləmişlər. Azərbaycanlı dirijorlardan Ə.İsrafilzadə, Ç.Hacıbəyov, Ə.Bədəlbəyli, K.Abdullayev, Y.Adıgözəlov və b. orkestrə dirijorluq etmişlər. Hal-hazırda Azərbaycan Dövlət Simfonik orkestrinin baş dirijoru xalq artisti, professor Rauf Abdullayevdir.