“Azərbaycan Türk El Nəğmələri”
– Azərbaycanda 1927 ildə çap olunmuş xalq mahnılarından
ibarət ilk məcmuə. Not yazıları Ü.Hacıbəyova
və M.Maqomayevə məxsusdur. Mahnıların əksəriyyəti
xanəndə Cabbar Qaryağdı oğlunun ifasından
yazılmış və onlardan bir hissəsi səs və
fortepiano və yaxud da xor üçün işlənilmişdir.