Baba Salahov adına “Araz” Xalq Çalğı Alətləri Ansamblı

– Azərbaycanda fəaliyyət göstərən musiqi kollektivi. 1962 ildə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin (AzRTV QSC) nəzdində görkəmli tarzən Baba Salahovun rəhbərliyi altında yaradılmışdır. 1981 ildə “Araz” x.ç.a. ansamblı adlandırılmışdır.

1992 ildə Baba Salahovun vəfatından sonra ansambla onun adı verilmişdir. Həmin vaxtdan bu günə kimi Baba Salahov adına “Araz” x.ç.a. ansamblına xalq artisti, tarzən Ağasəlim Abdullayev rəhbərlik edir. Ansamblın ənənəvi tərkibi - tar, ud, qanun, bas tar, kamança, balaban, qarmon, nağara, qoşanağara kimi x.ç.a.-dən ibarətdir; repertuarı – muğam dəstgahlardan, təsnif və rənglərdən, xalq mahnı və rəqslərindən təşkil olunmuşdur.

Ansambl fəaliyyət göstərdiyi müddətdə bir çox tanınmış xanəndələri müşayiət etmişdir ki, onların audio və video yazıları AzRT Fondunda qorunur.