Bakıxanov Tələt Soltan oğlu (13.06.1927,
Bakı – 2000, Bakı)
– kamança ifaçısı. Azərbaycan əməkdar
artisti (1975). Musiqiçi kimi yetişməsində əmisi
Əhməd Bakıxanovun böyük rolu olmuşdur.
A.Zeynallı adına ADMM-də (1947-1949) kamança ixtisası
üzrə Hafiz Mirzəliyevdən və Firuz Əlizadədən
dərs almışdır.
1947 ildən M.Maqomayev ad. ADF-nın solisti olmuşdur.
Bir sıra xarici ölkələrdə (Fransa, İndoneziya,
Malta, İran, Türkiyə, Suriya və s.) qastrol səfərlərində
olmuş, muğam üçlüyünün tərkibində
görkəmli xanəndələri müşayiət
etmişdir. Azərbaycan muğamlarının, xüsusilə
“Segah” instrumental muğamının ən gözəl
ifaçılarından biri kimi tanınmışdır.
T.Bakıxanov respublika və beynəlxalq əhəmiyyətli
müsabiqələrin, simpoziumların iştirakçısı
və qalibi olmuşdur. 1978 və illərdə Səmərqənddə
keçirilən “Yaxın və Orta Şərq xalqları
peşəkar musiqisinin ənənələri və
müasirlik” mövzusunda birinci və ikinci beynəlxalq
simpoziumlarının iştirakçısı olmuş,
B.Mansurov, C.Əkbərov, A.Qasımov kimi sənətkarlarla
birgə Azərbaycan muğam ifaçılığı
sənətini təmsil etmişdir. T.Bakıxanov 1988
ildən Bülbül ad. Orta İxtisas Musiqi Məktəbində
çalışmışdır.