Bayatı-Şiraz məqamı

–Azərbaycan musiqisində yeddi əsas məqamdan biri (Ü.Hacıbəyov). Quruluşu: 1-1-1/2 ton formullu iki tetraxordun k.3 intervalı məsafəsində birləşməsindən ibarətdir; səssırası 9 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir.

Məqamın səssırasının II, IV, VI, VIII pillələri istinad-dayaq pilləsi kimi “Bayatı-Şiraz” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri həmin pillələrə əsaslanır. (do bayatı-şiraz məqamının səssırası)