Bayatı-Şiraz muğamının not yazıları

- “Bayatı-Şiraz” muğamını instrumental şəkildə N.Məmmədov tarzən Əhməd Bakıxanovun ifasından (1962), A.Əsədullayev tarzən Elxan Mirzəfərovun ifasından (2003) nota yazmışdır.

Bu muğam əsasında bəstəkarlar müxtəlif janrlı əsərlər, o cümlədən, Süleyman Ələsgərov “Bayatı-Şiraz”, Fikrət Əmirov “Gülüstan Bayatı-Şiraz” simfonik muğamlarını, Nazim Əliverdibəyov a kapella (müşayiətsiz) xor üçün “Bayatı-Şiraz” kompozisiyasını və onun orqan üçün işləməsini, Polad Bülbüloğlu “Bayatı-Şiraz” simfoniyasını yaratmışlar.