Cabbar Qaryağdı oğlu adına muğam üçlüyü

- 1987 ildə M.Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində yaradılmış ilk muğam triosudur. Tərkibi xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança) və Zahid Quliyev (xanəndə).

Sonrakı illərdə muğam üçlüyü bir çox xanəndələrlə işləmiş, dünyanin bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. Müxtəlif xanəndələri müşayiət edən üçlüyün ifasında xarici ölkələrdə bir sıra disklər buraxılmışdır.