Çahargah məqamı ( farsca hərfi
mənası: çahar – dörd + gah – mövqe, məkan,
vəziyyət)
– 1. Azərbaycan musiqisində yeddi əsas məqamdan
biri (Ü.Hacıbəyov). Quruluşu: 1/2 - 1 1/2- 1/2 ton
formullu üç tetraxordun qovuşuq və yanaşı
üsullarla (I və II tetraxordlar – qovuşuq (x1), II və
III tettaxordlar yanaşı –
b.2 intervalı məsafəsində) birləşməsindən
ibarətdir; səssırası 11 pilləlidir, IV pillə
mayə (tonika) pilləsidir. Məqamın səssırasının
II, IV, VI, VIII, IX (IX#), XI pillələri istinad-dayaq pilləsi
kimi “Çahargah” muğamının şöbələrinin
əsasını təşkil edir; bu məqamda qurulan
musiqi nümunələri həmin pillələrə
əsaslanır. (do çahargah məqamının səssırası)