Çəng
– üçbucaq şəklində simli, dartımlı
musiqi aləti. Üst qolu at boynu tərzində hazırlanır
və baş (yuxarı) tərəfində gözəllik
üçün iri ipək qotaz salladılır.
XV əsr görkəmli Azərbaycan musiqi alimi Əbdül
Qadir Maraği (-1434) “Came-əlhan” kitabında yazır
ki, əvvəlləri çəngə 24 sim qoşulmuş
və bu simlər qoşa bağlandığından
alətdən 12 müxtəlif səs əldə etmək
mümkün olmuşdur.
Beləliklə, çəngdə bir oktava daxilində
bütün xromatik qamma səslərinin əldə
edilməsinin mümkün olduğu müəyyən
edilir.
Çəng böyük Azərbaycan şairləri Nizami
və Füzulinin əsərlərində sevilərək
vəsf edilmişdir.