Dulogiya – (latın: duo – iki, yunan: logos – məfhum, təlim, anlayış)

 

- eyni bir mövzu ətrafında birləşmiş iki müstəqil hissədən ibarət əsər; hissələr dramaturji süjet xəttinə görə bağlı olmayıb, bir-birindən fərqlənir və ayrı-ayrılıqda da ifa olunur.

F.Əmirovun “Şur” və “Kürd Ovşarı” simfonik muğamları dulogiya əmələ gətirir.