Folklor
(ing. folk – xalq, lore – təlim)
- xalq müdrikliyi, xalq yaradıcılığı mənasını
verir. Şifahi ənənələrə əsaslanan
bədii yaradıcılıq növlərini – xalq ədəbiyyatını
(nağıllar, zərbi-məsəllər, lətifələr
və s.), xalq musiqisini (mahnı və rəqslər), tətbiqi-dekorativ
sənətləri və s. əhatə edir.
Musiqi folkloru xalq mahnı və rəqslərindən
ibarətdir; xalqın arzu və istəklərini, duyğularını,
mənəviyyatını, dünyagörüşünü,
həyat tərzini, əmək prosesini əks etdirir.
Məzmununa görə əmək, mərasim, məişət,
tarixi mahnı və rəqs növlərinə bölünür.