Həkim Qəni
(Hüseynov Qəni Hüseynqulu oğlunun təxəllüsü,
16.02.1918, Bakı-10.06.2008, Bakı)
-
şair, qəzəlxan. Tibb institutunda təhsil almışdır
(1936-1941). Hərbi həkim kimi fəaliyyət göstərmiş
(1941-1945), ömrünün sonuna kimi Bakıda Respublika
xəstəxanasında həkim işləmişdir.
Gözəl qəzəlxan kimi tanınmışdır.
M.Füzuli, S.Ə.Şirvani, Ə.Cavad, M.Ə.Sabir,
H.Cavid, M.Şəhriyar, Ə.Vahid yaradıcılığının,
bütün Şərq ədəbiyyatının, o
cümlədən, Azərb. əruz vəzni poeziyasının
kamil bilicisi idi.
Əliağa Vahidlə şəxsi dostluğu olmuşdur.
Əruz vəzninin əksər bəhrlərində qəzəllər,
heca vəznində əsərlər, dramlar, qoşmalar,
aforizmlər və s. yaradıb. M.Füzulinin 120 qəzəlinə
təxmis yazmışdır. Həmçinin şairin
qəzəllərinin ilk dəfə rus dilinə tərcüməçilərindən
biri olmuşdur. Ədəbi məclislərin iştirakçısı
olmuş, 1993 ildə “Vahid poeziya evi”nin nəzdində
“Vahid” ədəbi məclisini yaratmışdır.