Hümayun məqamı

(farsca: “cənnət quşu”; “səadətli”)

 

– Azərb. musiqisində yeddi əsas məqamdan biri; nəzəriyyədə səssırasının iki növü göstərilir: Məqamın I növünün səssırası 1/2- 1 1/2-1/2 ton formullu iki tetraxordun böyük tersiya (orta ton vasitəsi ilə) birləşməsindən əmələ gəlir, səssırası 9 pillədən ibarətdir; IV və VII pillələr məqamın mayəsi hesab olunur (Ü.Hacıbəyov). Məqamın II növünün quruluşu: 1/2-1- 1/2 ton formullu iki tetraxordun yanaşı üsulla (artırılmış sekunda vasitəsi ilə) birləşməsindən əmələ gəlir. Səssırası 8 pillədən ibarətdir: II pillə məqamın mayəsi, IV pillə kadensiyalar üçün səciyyəvi tondur (M.S.İsmayılov). Hümayun məqamının I növünün səssırası (do mayəli hümayun).