İmitasiya

(lat. imitatio – təqlid)


– bir səsdə verilmiş mövzunun və ya motivin hər hansı digər səsdə təkrarlanması; imitasiya zamanı birinci səs öz hərəkətini davam etdirirək, əks hərəkət əmələ gətirir.

İ.-nın 1-ci qrup əlamətləri əsas mövzüya nəzərən imitasiyanın başlanğıc yerini bildirir: a) yüksəklik - birinci və ikinci səs (melodik xətt) arasında interval yüksəkliyinin müəyyən olunması (məs, ikinci səs üst kvintadan başlaya bilər);

b) zaman – təkrarlanan səsin nə zaman, neçə xanədən sonra daxil olunmasını göstərir.

İ.-nın 2-ci qrup əlamətləri mövzunun quruluşuna nisbətən imitasiyanın cəhətlərini təyin edir: a) intervalika – mövzunun interval quruluşuna görə dəqiq və ya qeyri-dəqiq təkrarlanması; ritm - mövzunun ritmik quruluşu baxımından dəqiq və ya qeyri-dəqiq təkrarı.

İ.-nın növləri: əkshərəkətli imitasiya, qeyri-dəqiq imitasiya (tonal imitasiya), sadə imitasiya, dəqiq imitasiya.

İ. polifonik musiqidə tematik materialın ən mühüm inkişaf üsullarından biri, polifonik forma quruculuğunun əsas vasitəsi, bir çox polifonik növlərin səciyyəvi başlanğıc üsuludur.


- Ü.Hacıbəyov. "Arşın mal alan". Gülçöhrənin elegiyası.