Kərbəlayi Lətif Hüseyn oğlu

(1876, Şuşa – 6.12.1944, Bərdə)

 

– qarmonçalan. Musiqi ifaçılığını atasından öyrənmişdir. Kərbəlayı Lətif uzun müddət Qarabağ məclislərində məşhur xanəndələri (Keçəçioğlu Məhəmməd və b.) müşayiət etmişdir.

“Ekstrafon” (Kiyev) şirkəti onun ifasında “Şur”, “Rast”, “Segah”, “Bayatl-Qacar” və s. muğamları, Azərbaycan xalq rəqslərini qrammofon valına yazmışdır.