Kontrapunkt
– eyni vaxtda iki və daha artıq müstəqil melodik
xətlərin uzlaşması. Latın dilində punctum
contra punctum – nöqtəyə qarşı nöqtə
mənasını verir; musiqidə nota qarşı not
və ya melodiyaya qarşı qoyulan melodiya mənasında tətbiq edilir.
Çoxsəsli polifonik musiqidə kontrapunkt əmələ
gətirən melodiyalar kontrast olur və bədii ifadəliliyinə
görə bir-birindən fərqlənir.
Bəzi hallarda kontrapunkt anlayışı bir melodiyanın
bir neçə xanə gecikdirmə ilə səsləndirilərək
ona qarşı qoyulmasını da nəzərdə
tutur.