Lirik, lirika

(yunan. Lyra sözündən)


– bədii ədəbiyyatın üç növündən (epos, lirika, dram) biridir. L.-da qəhrəmanın daxili aləmi, şəxsi hiss və həyəcanları əks olunur.

Musiqidə əsas lirik janrlarromans, mahnı, instrumental miniatürdür. Lirik opera, lirik kantatasimfoniyalar da olur.