Makam

(ərəb: yer, məkan; - mənasını verir)

 

- Yaxın və Orta Şərq xalqlarının (ərəb, türk) şifahi ənənəli professional musiqisinin əsasını təşkil edən sistem; Şərq musiqi mədəniyyətində makam termini bir neçə məna daşıyır: sarayda musiqiçinin çıxışı üçün ayrılan yer; pərdə-simli musiqi alətinin qrifində barmağın tutduğu mövqe; Səs strukturu- modus, məqam səs sırası, melodiya tipi, melodik model; musiqinin inkişaf prinsipi; universal variasiya prinsipi və ya manodiyanın inkişafı; janr; improvizasiya modeli, bədii yaradıcılıq qanunları.

Makam ərəb klassik musiqisi təfəkkür sistemi kimi səs materialının modal təşəkkülünə və onun xətti inkişafına əsaslanmanı; səssırası və onun əsasında qurulan melodik ibarələri, sabit obrazlı-emosional səciyyəyə malik müəyyən makama əsaslanan kompozisiya modelini; modal səssırasına, metroritmika tipinə əsaslanan musiqinin universal inkişaf prinsipini nəzrədə tutur.

Makam termini səs tonlarının funksional differensasiyasına əsaslanan səssırasını bildirir. Ərəb makam sistemi 9 makam ailəsindən ibarətdir: rast, bayatı, nəhavand, navasar (nakris), kurd, hicaz, əcəm, sika, saba (makamların növlərində alt tetraxordları ümumidir). Makam ərəb musiqisində sabit quruluş xüsusiyyətlərinə malik janr, vokal-instrumental silsilə forma. Bax: Makom, Muğam, Raqa, Dəstgah.