Makom

 

- Özbəkistan və Tacikistan xalqlarında şifahi ənənəli professional musiqi anlayışı, muğamın regional müxtəlifliyi. Makom termini bir neçə məna kəsb edir:

1. xüsusi fəlsəfi, sosial-etik və ya lirik-psixoloji konsepsiyanı təmsil edən melodiya-model (məs., Rost- gözəllik dərəcəsi və təbiilik, Buzruk- monumentallıq, Navo- musiqi, həyat özünütəsdiqliliyi);

2. 12 lad (bütün «cəm» ladların XIII əsr siyahısı): üşşaq, navo, busalik (Əbu Səlik), rast, irak, isfahan, zirəfkənd, buzurq, zəngulə, rəhəvi, hüseyni, hicaz; şaşmakom - 6 lad sistemi: buzruk, rast, navo, duqox, seqox, irok;

3. emosional-obrazlı modus, bu və ya digər lada aid, birhissəli və ya çoxhissəli vokal, vokal-instrumental və ya instrumental forma, solist və ya ansambl tərəfindən ifa oluna bilər.

4. şifahi ənənəli professional musiqinin janr sistemləri (Buxara şaşmakomu, Xorəzm makomu, Fərqanə-Daşkənd makomu, Dutar makomları, həmçinin surnay üçün makom melodiyaları).