Malibəyli Həmid

(Qurbanov Həmid İmamqulu oğlunun təxəllüsü; 1869, Şuşa, Malıbəyli k. - 22.03.1922, Ağdam)

 

- xanəndə, tarzən. Qarabağ muğam ifaçılığı ənənələrinin davamçısı. Xanəndəlik sənətini Hacı Hüsüdən öyrənmişdir. Zil və məlahətli səsi olmuş, “Rast” və “Segah” muğamlarını böyük ustalıqla oxumuşdur. 1910 ildə Malıbəyli Həmidin ifasında “Şur”, “Rast”, “Yetim Segah”, “Hümayun” muğamları, bir çox təsnif və xalq mahnıları Riqada “Qrammofon” şirkəti tərəfindən qrammofon valına yazılmışdır. Səsi batdıqdan sonra tarzənliklə məşğul olmuşdur, Keçəçioğlu Məhəmməd, Məcid Behbudov, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Bülbül və b. xanəndələri tarda müşayiət etmişdir.