Manəndi-Müxalif

(fars: manənd – kimi, bənzər, oxşar deməkdir; manəndi-müxalif – müxalifə bənzər)

 

– muğam şöbəsi. “Zabul Segah” muğamında “Muyə” və “Segah” arasında yerləşən şöbə. Ə.Bədəlbəylinin məlumatına əsasən, ilk dəfə xanəndə Xan Şuşinskinin şəxsi yaradıcılıq təşəbbüsü ilə “Mirzə Hüseyn Segahı” muğamında “Manəndi-müxalif”dən başlanıb sonra “Segaha” keçilmişdir. Belə halda “Manəndi-müxalif” oxunan dəstgahın bir növ müqəddiməsi mahiyyətini kəsb edir. Sonradan bu, muğam ifaçılığı təcrübəsində ənənəyə çevrilmişdir.