Mansurov Mirzə Mansur Məşədi Məlik
oğlu
(05.01.1887, Bakı – 30.06.1967, Bakı)
–
tarzən, pedaqoq. Azərbaycan əməkdar incəsənət
xadimi (1940). Tarzən Mirzə Sadıq Əsəd oğlunun
ifaçılıq ənənələrindən bəhrələnmişdir.
Mirzə Mansur “Rast”, “Şur”, “Segah”, “Mahur-Hindi” və
s. muğam dəstgahlarını ustalıqla çalmış,
muğam nəzəriyyəçisi kimi tanınmışdır.
1922 ildən Azərbaycan Dövlər Türk Musiqi Məktəbində,
1926-1946 illərdə ADK-da dərs demişdir. Mirzə
Mansurun ifasından “Rast”, “Zabul” muğamları T.Quliyev
tərəfindən, “Dügah” muğamı Z.Bağırov
tərəfindən 1936 ildə nota salınmışdır.
M.Mansurov Ü.Hacıbəyovun yaxın məsləkdaşı
olmuşdur. 1925 ildə muğamat dərsləri üzrə
ilk proqramın yaradılmısı prosesində yaxından
iştirak etmişdir. Eyni zamanda, Ü.Hacıbəyovun
təşəbbüsü ilə tar alətini təkmilləşdirmişdir.
Onun yeni quruluşda hazırladığı tar aləti
Paris və İstanbul incəsənət sərgilərində
nümayiş etdirilmişdir (1934).