Məclisi Fəramuşan

(farscadan tərcümədə: unudanlar məclisi)

 

– ədəbi məclis. 1872 ildə M.M.Nəvvabın evində təşkil edilmiş, 1910 ilədək fəaliyyət göstərmişdir. M.M.Nəvvab, H.Qaradaği, F.Kəminə, A.Asi, M.Ə.Baki, B.Səbur, B.Fədai, M.Katib və b. şairlər məclisin fəal iştirakçıları idilər. Qarabağ xanəndələri də bu məclisdə yaxından iştirak edirdilər.