Məclisi-Üns

(ərəbcədən tərcümədə: ülfət, uyuşma məclisi)

 

– ədəbi məclis. 1864 ildə Şuşada, şair H.A.Agahın evində təşkil olunmuş, X.Natəvanın rəhbərliyi ilə 1897 ilədək fəaliyyət göstərmişdir. X.Natəvan, M.P.Fəna, M.Ə.Növrəs, A.H.Yüzbaşov, M.Məmai, M.S.Piran və b. şairlər məclisin fəal iştirakçıları idilər. Məclisə Qarabağ xanəndələri də dəvət olunur və şairlərin qəzəlləri əsasında muğamlar ifa edirdilər.