“Məcməüş-Şüəra”

(ərəbcədən tərçümədə: şairlər yığıncağı)

 

– ədəbi məclis. 1880 ildə Bakıda təşkil edilmişdir. M.Cürminin, sonralar isə A.Sürəyyanın rəhbərliyi ilə təxminən 1915 ilədək fəaliyyət göstərmişdir. İ.Zülali, M.Dilxun, Ə.Vaqif, Ə.Cənnəti, Ə.Yusif, K.Salik, M.Müsəvvir, M.Azər və başqaları məclisin fəal üzvlərindən idilər. Məclisdə bəzən qonaq sifəti ilə Seyid Əzim Şirvani də iştirak edirdi. Məclisin üzvləri olan şairlərin qəzəlləri Abşeron xanəndələrinin muğam ifaçılığında geniş istifadə olunurdu.