Miniatür
(italyan: miniatura – keçmişdə əlyazma kitablarını
bəzəmək üçün istifadə edilən
əlvan rənglər)
– 1. Orta əsrlərdə əlyazmalarda istifadə
olunan kiçik rəsm illüstrasiyaları; həcminin
kiçikliyi və bədii üsullarının incəliyi
ilə fərqlənən təsviri sənət əsəri.
Şərq ölkələrində, xüsusilə Azərbaycanda
inkişaf etmişdir. Təbtiz miniatür məktəbinin
nümayəndələri – Sultan Məhəmməd,
Mir Müsəvvir, Mir Seyid Əli, Mirzə Əli Təbrizi
və b. tərəfindən Firdovsinin, Nizaminin əsərlərinin
əlyazmalarına çəkilən illüstrasiyalarda
o dövrün musiqi həyatı, musiqi alətləri
və ansamblları haqqında dolğun məlumatlar əəldə
etmək olur.
2. Kiçik həcmli əşya;
3. Musiqidə kiçik həcmli pyes.