Mirzə Səttar

(1844, Ərdəbil - ..., Bakı)

 

- kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində gözəl çalmış, muğamları pəstdən məlahətli səslə oxumuş, muğam bilicisi olmuşdur. 1879 ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir.

Bakıda bir çox sənət adamları ondan bəhrələnmişlər. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənərək püxtələşmişlər.