Musiqili dram


– dram tipli opera; səhnə hadisələrinin arasıkəsilməz inkişafı ilə fərqlənir; ayrı-ayrı ariyaların, rəqslərin və s. bu kimi nömrələrin sayı məhdud olur və yaxud da nömrələrə bölünmə olmur (musiqi tarixində R.Vaqner, M.Musorqski öz operalarını musiqili dram adlandırırdı).

Operanın yarandığı dövrdə (XVI-XVII əsrlər, İtaliya) bütün operaları belə adlandırırdılar. Hal-hazırda tərkibində vokal-instrumental nömrələrə böyük yer verilən dram əsərlərinə musiqili dram deyirlər.