Mustafayev Teymur Ağaxan oğlu

(10.04.1939, Cəlilabad)

 

– xanəndə. Azərbaycan xalq artisti (2005). ADMM-də təhsil almışdır. Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. ADMİU-da təhsilini davam etdirmişdir. 1964 ildən ADF-nın solistidir. 1978 ildə Azərbaycan Dövlət Konsert Birliyində, 1998 ildən Muğam Teatrında fəaliyyət göstərir. T.Mustafayevin repertuarı muğam və təsniflərdən, xalq və bəstəkar mahnılarından ibarətdir. Onun ifa etdiyi muğam və təsniflər Azərbaycan Teleradiosunun fonotekasında saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.