Ney
(far. – qarğı, qamış)
– ağacdan, qamışdan ya da bürüncdən
hazırlanan üfləmə musiqi aləti. Düz silindr
şəklində, 60-70 sm uzunluqda lülədən ibarətdir.
Ucunda heç bir müştük
ya dilçək
olmur. Yalnız lülənin aşağı tərəfində
bir neçə (3-6) dəlik açılır ki, bu da
səslərin müxtəlif ucalıqda olduğunu təmin
edir. Neyin səsi olduqca məlahətli, zərif və
təsirlidir.
Ney ən qədim Azərbaycan musiqi alətlərindən
biridir. Onun xoş səsi Xaqani, Nizami, Füzuli və
başqa şairlərimizin əsərlərində dönə
– dönə sevilərək vəsf edilmişdir.