Novruzov Ağababa Əli oğlu
(22.10.1932, Xızı, Qəriban kəndi – 20.09. 1993,
Bakı)
– xanəndə, muğam bilicisi. Zülfü Adıgözəlov
məktəbindən bəhrələnib, onun layiqli davamçılarından
biri olub.Gənc yaşlarından muğamları mənimsəmiş
və xanəndə kimi məşhurlaşmışdır.
Ağababa Novruzov muğam bilicisi kimi musiqisevərlərin
dərin rəğbətini qazanmışdır. O, bir
müddət Azərbaycan Dövlət Konsert Birliyinin
solisti olub.A.Novruzovun AzRT-nın Fondunda bir sıra lent
yazıları qorunur.
O, bütün muğamları böyük şövq¬lə
oxuyurdu. «Zabul-segah» və «Rast» muğamları dəstgah
halında video lentlərində saxlanılır. A.Novruzovun
İran İslam Respublikasında disk-albomu hazırlanıb.
Alboma xanəndənin yüksək səviyyədə
ifa etdiyi «Orta Segah», «Çahargah», «Mahur», «Mirzəhüseyn
segahı» dəstgahları və «Heyratı» zərbi-muğamı
daxil edilmişdir.