Oktava
(lat. octava – səkkizinci)
– 1. Səkkiz pillə həcmində interval: məs., do¹-do2;
re¹-re2 və s. 8 rəqəmi ilə
qeyd olunur. Xalis oktava – x8 – səkkiz pillə həcmində
altı tona bərabərdir.
2.Bərabər temperasiyalı səssırasının
bir hissəsi olub, on iki müxtəlif yüksəklikli
səsləri (do-dan si-yə kimi) özündə cəmləşdirir.
Oktavaların adı: subkontroktava, kontroktava, böyük oktava, kiçik oktava, birinci oktava, ikinci oktava,
üçüncü oktava, dördüncü oktava, beşinci
oktava.
3. Bas kişi səsinin xüsusi növü
olaraq, ən aşağı səsləri əhatə
edir – bas-profundo.
4.Verilmiş pillədən hesablanan səkkizinci pillə.