Orqan
(yun. Organon – alət)
– iri həcmli nəfəsli
klavişli alət, çoxsaylı borulardan ibarətdir.
Borular müxtəlif registrə
uyğun köklənir.
Alətin ümumi diapazonu
genişdir və bərabər temperasiyalı
səssırasını tam əhatə edir.
Müasir orqan mürəkkəb mexanizmə malikdir, elektromotorla
hərəkətə gətirilən körüklərdən
hava borulara ötürülür. Orqançalan əllə
(manuali) və ayaqla (pedal) klavişlərdə çalaraq
aləti səsləndirir.
- Qara
Qarayev. "İnsan məskən salır" kinofilmindən
fraqment.