Qəhrəmani


aşıq yaradıcılığında ən çox intişar tapmış instrumental formalarından biri. Ölçüsü 2/4 olub, gümrah və əzəmətli tərzdə səslənir. Dinləyicidə mərdlik, cəsarət, igidlik əhvali – ruhiyyəsi oyadır. Bir qayda olaraq zurnaçılar dəstəsi tərəfindən ifa olunur. Qəhrəmani aşıq musiqi formasının vokal variantı da var ki, bunu aşıqlar sazda çala – çala oxuyurlar.

- İfa edir: Aşıq M.Niyazlı və Aşıq N.İsmayılov.