Qoboy,

 

hoboy (almanca Oboe, fransızca hautbois, hərfi mənası – hündür ağac)

– nəfəslə çalınan musiqi aləti. Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır. Müasir qoboy ucu bir qədər genəldilmiş konusşəkilli nazik borudan ibarətdir. Borunun üzərində 25 dəlik olur, bunlardan 22-24-ü qapaqla örtülür. Alətin ensiz hissəsinə dilli müştük taxılır. Ümumi uzunluğu 600-643 mm-dir. Diapazonu kiçik oktavanın si (si bemol) səsindən üçüncü oktavanın lya səsinə qədərdir. Solo və ansambl aləti kimi istifadə olunur.

Muğam ifaçılığında da uğurla tətbiq olunur. Məşhur qaboyçalan Kamil Cəlilovun ifa etdiyi muğamların lent yazıları Teleradionun “Qızıl fondu”na daxil edilmişdir.