Qrammofon

(yunan: gramma – yazı + phone – səs)

 

– qrammofon valına yazılmış səsi mexaniki quruluşlarla yenidən səsləndirən aparat. Qrammofon işləyən zaman fırlanan val üzərindəki spiral çığırda hərəkət edən qrammofon iynəsi ucunun mexaniki rəqsləri membrana ötürülür və oradan alınan səs rəqsləri ruporla gücləndirilir.

Qrammofondan və xüsusilə onun yığcam variantı olan patefondan 20-ci əsrin ortalarına kimi istifadə edilmişdir. Sonralar daha təkmilləşmiş cihazlar – elektrik valoxudanı və elektrofon meydana gəlmişdir.