Sadıqov Əliövsət Şirəli oğlu

(1906, Bakı - 1971, Bakı)

 

– müğənni (lirik tenor). Azərb. xalq artisti (1956). Güclü zil səsə, gözəl zəngulələrə malik xanəndə idi. Xalq mahnılarının və muğamların məşhur ifaçısı olmuşdur.

1928-1930 illərdə ADK-da təhsil almışdır.1930-1963 illərdə ADOBT-nın solisti olmuşdur. Ü.Hacıbəyovun muğam operalarında Məcnun (“Leyli və Məcnun”), Kərəm (“Əsli və Kərəm”) rollarının böyük ustalıqla yaratmışdır.