Salahov Baba Əliheydər oğlu
(05.02.1923, Bakı – 12.08.1981, Bakı)
-
tarzən. Azərb. əməkdar artisti (1964). Əhməd
Bakıxanovun yetirməsi olmuş, onun ifaçılıq
ənənələrini davam etdirmişdir.
1940 ildən ömrünün sonunadək Səid Rüstəmov
adına Azərb. x.ç.a. orkestrinin konsertmeysteri kimi
çalışmışdır. 1965 ildə AzRT nəzdində
x.ç.a. ansamblı yaratmış, ömrünün
sonuna kimi onun bədii rəhbəri olmuşdur. Hal-hazırda
«Araz» adlanan bu ansambl Baba Salahovun xatirəsini əbədiləşdirmişdir.Aə
RT-nun Fondunda bir çox səsyazıları saxlanılır.