Sezura
(latın: caesura – bölgü)
– musiqi əsərində tamamlanmış hissələri
və ya frazaları bir – birindən ayıran kiçik
pauza; ifa zamanı nəfəs dərməni xatırladır.
Sezuranın yeri adətən ifaçı tərəfindən
müəyyən olunur, bəzən bəstəkar tərəfindən
not sətrinin üzərində V və ya , işarələri
ilə göstərilir. Muğam ifaçılığında
sezuraların xüsusi əhəmiyyəti vardır.