“Şah Ismayıl”

 

- Azərb. məhəbbət dastanı. 10-a yaxın variantı toplanmışdır. Bəzi mülahizələrə görə, dastan I Şah İsmayılın (ya da II Şah İsmayılın) adı ilə bağlı yaranmışdır. Burada Şah İsmayılın Gülzara aşiq olması, bir sıra macəralardan sonra ona qovuşması, atasının taxtına keçməsi və ədalətli hökmdar olması təcəssüm olunur.

Dastanda qəhrəmanlıq motivləri də öz əksini tapmış, Ərəbzəngi kimi cəngavər qadın obrazı verilmişdir. Bu dastan əsasında Müslüm Maqomayev “Şah İsmayıl” muğam operasını (1916) yaratmışdır.