Şahnaz

 

– 1.kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstəqil muğam dəstgahı, həm də muğam şöbəsi kimi mövcud olmuşdur (Mir Möhsün Nəvvab “Vüzuhil-Ərqam”), sonradan kiçik həcmli muğama çevrilmişdir. “Şur” muğam ailəsinə daxildir.

Tərkibi üç şöbədən ibarətdir: “Şahnaz”;

“Dilkəş”;

“Zil Şahnaz” (“Şəddi-şahnaz”).

Bu muğamın musiqisi coşğun, ehtiraslı, eyni zamanda, lirik, təsirli xarakter daşıyır

2. Orta əsrlərdə Şərq xalqlarının musiqisində 6 avazdan biri.