Şaşmakom, şeşməqam
(fars: altı+məqam)
- şifahi ənənəyə malik olan orta əsrlər
özbək-tacik professional musiqi janrı. XVIII əsrdə
formalaşmışdır. Silsilə əsər olan
Şaşmakom altı iri həcmli müstəqil əsərdən
- Buzruk (Büzürk), Rost, Navo, Duqox, Seqox, İrok makomlarından
ibarətdir. Hər makom iri həcmli instrumental və
vokal bölmələrdən ibarətdir. Bu bölmələrə
müxtəlif janrlı pyeslər daxildir. Hazırda Şaşmakomun
Buxara və Xarəzm növləri var. Şaşmakom
tam şəkildə nota salınmışdır.