Vəzirov Ədalət Səfərəli oğlu

(27.04. 1951, Bakı – 05.10. 2002 Bakı)

 

– kamança ifaçısı, Azərb. əməkdar artisti. Ə.Vəzirov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində (1968) və ADK-da təhsil alıb (1974). O, 1974 ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980 ildən ADK-da və Sumqayıt Musiqi Texnikumunda (2000-2002 illərdə direktor) müəllim işləyib, bir çox adlı-sanlı tələbələr yetişdirib. O, uzun müddət əməkdar artist Baba Salahovun (1923-1982) rəhbərlik etdiyi x.ç.a. ansamblında, SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışmışdır.

Bir çox xarici ölkələrdə – ABŞ, Kanada, İraq, Misir, Türkiyədə ifaçılıq sənətimizi yüksək səviyyədə nümayiş etdirib. Ə.Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçısı idi. O, xalq mahnı, rəqs, rəng və təsnifləri, muğamları mükəmməl ifa etmək, üçlükdə xanəndəni, tarzəni düzgün müşayiət etməklə yanaşı, Azərb. və dünya bəstəkarlarının əsərlərini yük¬sək səviyyədə ifa etmək bacarığına malik bir ifaçı olmuşdur.