Əhsən Dadaşov Adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblı

 

– Azərb. fəaliyyət göstərən musiqi kollektivi. 1960 ildə AzTRV QSC nəzdində əməkdar artist tarzən Əhsən Dadaşovun rəhbərliyi altında yaradılmışdır. 1976 ildə Ə.Dadaşovun vəfatından sonra ansambla onun adı verilmiş və Əhsən Dadaşov ad. “Xatirə” x.ç.a. ansamblı adlandırılmışdır. Həmin vaxtdan bu günə kimi ansambla xalq artisti, tarzən Adil Bağırov rəhbərlik edir.

 

Ansamblın ənənəvi tərkibi – tar, ud, qanun, bas tar, kamança, balaban, qarmon, nağara, qoşanağara kimi x.ç.a.-dən ibarətdir; repertuarı – muğam dəstgahlardan, təsnif və rənglərdən, xalq mahnı və rəqslərindən təşkil olunmuşdur. Ansambl fəaliyyət göstərdiyi müddətdə bir çox tanınmış xanəndələri müşayiət etmişdir ki, onların audio və video yazıları AzRT Fondunda qorunur.