Əliyev Zamiq Balarza oğlu (25.05.1950, Bakı)
- tarzən, xalq artisti (2007). ADMİU-da təhsil almışdır.
Tar müəllimi Hacı Məmmədov olmuşdur. 1974
ildən ADF-də işləmişdir. «Azərbaycan təranələri»
x.ç.a. ansamblının tərkibində, 1974 ildən
Gülarə Əliyevanın rəhbərliyi ilə
«Dan ulduzu» instrumental ansamblında fəaliyyət göstərmişdir.
Xarici ölkələrdə (Suriya, Livan, Əlcəzair,
İspaniya, Fransa, ABŞ, Yəmən və s.) qastrol
səfərlərində olmuşdur. 1979 ildə Zeynəb
Xanlarovanın rəhbərliyi altında x.ç.a. ansamblının
konsertmeysteri olmuşdur.
1992 ildən xanəndə Ağaxan Abdullayev, kamançaçı
Ədalət Vəzirovla birgə Zülfi Adıgözəlov
ad. muğam üçlüyü yaratmışdır.
Bu trio İranda, İraqda Füzulinin 500 illiyi ilə
bağlı YUNESKO-nun tədbirlərində çıxış
etmişlər. 1997 ildən bu trioya Simarə İmanova
daxil olub. 1997 ildə Səmərqənddə keçirilən
“Şərq təranələri” festivalında Qran-pri
mükafatına layiq görülmüşdür. 1998
ildən ADMİU-də pedaqoji fəaliyyət göstərir.
AzRT fondunda onun ifasında «Şur», «Çahargah», «Bayatı-Şiraz»,
«Dilkəş», «Vilayəti» və s. muğamların
lent yazıları saxlanılır. «Azərbaycan muğamları»
adlı diski buraxılmışdır. O, xanəndələrin
repertuarına daxil olmuş 20-dən çox mahnının,
o cümlədən, «Ah, bu gecə», «Ümid nəğməsi»,
«İlham alıram» «Allah səni pənahında saxlasın»,
«Gözəllər» və s. mahnıların müəllifidir.