Əlizadə Firəngiz Əliağa qızı
(28.05.1947, Bakı)
–
bəstəkar,
əməkdar incəsənət xadimi (1990), xalq artisti
(2000), professor (1999). “Şöhrət” (2007) ordeni ilə
təltif olunmuş, YUNESKO-nun “Şülh artisti” (2008)
fəxri adına layiq görülmüşdür. ADK-da
iki ixtisas üzrə (bəstəkarlıq və piano
fakultəsində - C.Hacıyev,
Q.Qarayev
və U.Xəlilovun sinfində) təhsil almışdır.
1970 ildə - fortepiano, 1972 ildə bəstəkarlıq
fakultələrini bitirmişdir.
Həmin ildən ADK-da çalışmışdır.
1973 ildə Q.Qarayevin rəhbərliyi altında assistent
olaraq çalışmışdır. 1974 ildə - SSRİ
və ABİ üzvü olmuş, 1979 ildə isə
ABİ İdarə Heyətinin katibi seçilmişdir.
ABİ qurultay və plenumlarında, xarici ölkələrin
musiqi festivallarında fəal iştirak etmiş, gözəl
pianoçu olaraq Azərb. bəstəkarlarının
əsərlərini ilk dəfə ifa etmişdir: M.Quliyev,
A.Dadaşov, F.Qarayev, O.Felzer, R.Rüstəmzadə və
b. əsərləri F.Əlizadənin ifasında respublikada
və xarici ölkələrdə səslənmişdir.
1993-1998 illərdə Türkiyənin Mersin şəhərində
Kültür Bakanlığının dəvəti ilə
“Boş beşik” baletini
bəstələmiş və bu illərdə həmin
teatrda çalışmışdır. 1999 ildə Almaniyanın
İncəsənət Akademiyasının dəvəti
ilə (Akademie der Künste) bir neçə il (1999-2006)
Berlin şəhərində yaradıcılıq ezamiyyətində
olmuşdur.
F.Əlizadənin əsərləri dünyanın bir
çox məşhur musiqi ifaçılarının və
musiqi kollektivlərinin - Yo-Yo-Ma, İ.Monigetti, Kronus Quartet
(San-Fransisko), Collegium Novum (Sürix) və b. tərəfindən
ifa edilmişdir. F.Əlizadə mütəmadi olaraq xarici
ölkələrdə Azərb. musiqi mədəniyyətini
təmsil edərək, mühazirələrlə çıxış
edir. 1990 ildə ABİ-nın VII qurultayında İdarə
Heyətinin katibi, 2007 ildə Azərb. Bəstəkarlarının
VIII qurultayında ABİ İdarə Heyətinin Sədri
vəzifəsinə seçilmişdir. F.Əlizadənin
yaradıcılıq irsi çox genişdir.
Əsas əsərləri sırasında “Qarabağnamə”,
“Ağ atlı haqqında əfsanə” operaları, “Ölümsüzlüyə
səyahət” oratoriyası,
zərb alətləri
və kamera orkestri üçün “Silk road” konserti,
müxtəlif heyətlər üçün “Miraj”, “Oasis”,
“Abşeron”, “Muğamsayağı”, “Atəş”, violonçel
və fortepiano
üçün “Habilsayağı” əsərləri
qeyd olunmalıdır.